Menu

Türkiyə 200-dən çox əfqan miqrantı deportasiya edib

28.07.2022, 00:19
Türkiyə 200-dən çox əfqan miqrantı deportasiya edib

Türkiyənin şimal-qərbində Ədirnədən İstanbula köçürülən 215 sənədsiz əfqan miqrant deportasiya olunub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Anadolu Agentliyi Ədirnə İmmiqrasiya İdarəsinə istinadla məlumat yayıb. 215 əfqan miqrant Türkiyənin məcburi deportasiyasından sonra bir neçə reyslə Əfqanıstana geri qaytarılacaq.

2022-ci ilin əvvəlindən Türkiyə rəsmiləri tərəfindən təxminən 28 min sənədsiz miqrant Türkiyədən deportasiya edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-dən Əfqanıstana uçuşlar başlayandan bəri Türkiyə 18 256-dan çox Əfqanıstan vətəndaşını ölkəsinə deportasiya edib.

Eyni xəbəri Miqrasiya İdarəsi də yayıb. Bildirilir ki, Türkiyə ölkəyə qanunsuz daxil olan, viza və rezidentlik qanunlarını pozan, icazəsiz işləyən, fırıldaqçılıqla məşğul olan, ictimai təhlükəsizliyi təhdid edən 28 min 581 qeyri-qanuni miqrantı deportasiya edib.

Miqrasiya idarəsinin məlumatına görə, mayın 15-dən 22-dək planlaşdırılan 9 çarter reysi 1054 sənədsiz miqrantı Əfqanıstana qaytarıb.

Türkiyə rəsmi dairələrin məlumatına görə, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstandan Türkiyəyə qeyri-qanuni keçidlər artıb, çünki Türkiyə Avropaya daxil olmaq istəyən miqrantlar üçün əsas marşrutdur. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol