Menu

Ruslar Çerniqovu Belarusdan atəşə tutub - Vilayətə 9 raket düşüb (Yeniləndi)

28.07.2022, 12:40
Ruslar Çerniqovu Belarusdan atəşə tutub - Vilayətə 9 raket düşüb (Yeniləndi)

Rusların atəşi altına digərləri ilə yanaşı Çerniqov vilayəti də düşüb. Raketlər buraya qonşu Belarusdan atılıb.

Bu barədə «Şimal» operativ komandanlığından xəbər veriblər.

«28 iyul 2022-ci il tarixində saat 5:20-dən 6:30-a qədər Belarusdakı mənbələrdən informasiya daxil olub ki, Belarus ərazisindən 20-dən artıq raket atılıb. Hazırda Çerniqov vilayətinin Qonçarovski meşə icmasına doqquz raketin düşdüyü məlumdur. Həm də bizim hava hücumundan müdafiə sistemi işləyib» - xəbərdə deyilir.

Detalları barədə vaxt ötdükcə danışmaq vəd olunur. Raket zərbələrindən qurbanlar barədə xəbər verilməyib.

Xatırladaq ki, Çerniqovdan əlavə düşmən bu gün Kiyev ərazisinə, Xarkova və Nikolayevə də raket atıb.

AzPolitika.info

***

Bu səhər Belarus ərazisindən Ukraynanın Çerniqov vilayətinə 20-dən çox raket atılıb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Şimal” əməliyyat komandanlığından bildirilib.

Qeyd olunub ki, həmin vaxt hava hücumundan müdafiə sistemi işləyib.

Hələ ki, itkilər barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol