Menu

Ceyran ovlayan brakonyer polisə təhvil verilib

28.07.2022, 10:51
Ceyran ovlayan brakonyer polisə təhvil verilib

Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05 radələrində Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb.

Bunu "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Şərhlər

dadaşyev 2022-07-28 18:06:31

Ola bilsin özləri tutulmaq istəyiblər,çünki postun yaxınlığındaca ceyran ovlamaq qərarına gəliblər.Çünki brakonyer olan kəs bilməmiş olmaz ki,respublikada Qırmızı Kitaba düşən nə varsa,ceyran-cüyür-maral-kəklik-qırqovul-turac və sair və ilaxır,onları laybalay və qatbaqat ovlarkən görünməmək üçün qoruğun mərkəzi yerlərindəcə yekə bir ərəb çadırı qurmaq və əbalı çalmalı olmaq lazımdır ki,uzaqdan elə bilsinlər ərəbdi.Ərəbdisə demək ki,əli böyüklər ətəyindədi.Əli də böyüklər ətəyindədirsə demək yaxınlaşıb baş ağrıtmağa dəyməz.Əslində elə çadır bəs edər,əbayla çalmaya ehtiyac yoxdu,çünki cəhalətə yuvarlana-yuvarlana,var-dövlət hərisi ola-ola,qabağımıza nə gəlsə ağzımızı son kalibrinə qədər açıb şappaşap yeyə-yeyə daxilən olduğunuz kimi elə xaricən də artıq ərəblərə oxşamaqdayıq.

dadaşyev 2022-07-28 16:07:58

Ceyranı kimlər üçün ovlayıblar?Əsas məsələ budur.Sifarişçi kimlər olub?Cahil ərəblər,yoxsa yerli şişqarınlar-tirboyunlar-kubbədənlər?Qara camaat qoyun ətini ayda bir dəfə zorla alır bahadı deyə,onda da kilo yarım ya iki kilo.Pomidor çığırtmasıynan-zadnan birtəhər gününü ötürür.Hansı məmurun könlünə ceyran əti düşüb görəsən?Özümüz üçün ovlayırıq dedilər,millət də inandı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol