Menu

Kobanidə son vəziyyət - Foto

08.11.2014, 16:57
Kobanidə son vəziyyət - Foto

Suriya-Türkiyə sərhədindəki şəhər xarabalığa çevrilib

Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı və kürd qüvvələri arasında gedən toqquşmalar Kobanini viran qoyub.

ANS PRESS-in məlumatına görə, 2 aydır davam edən qarşıdurmalar səbəbiylə xarabalığa çevrilən şəhərin son vəziyyətini əks etdirən fotolar yayımlanıb. Terror təşkilatına qarşı gedən şiddətli döyüşlər artıq nəticə verməyə başlayıb.

İŞİD qüvvələrinin Şərq, Qərb və Cənub istiqamətində geri çəkildiyi bildirilir. Suriya-Türkiyə sərhədindəki şəhərdə ağır silahlardan istifadə olunması indi həmin bölgədə dəhşətli mənzərələrin yaranmasına səbəb olub.

İŞİD-in geri çəkildiyi bölgələrdə küçələrdə xalça və çarşafdan istifadə olunduğu məlum olub. Terrorçular bu vasitə ilə snayperlərdən gizlənməyə çalışırmış. Şəhərə intihar və hava hücumlarının təşkil olunması əksər binalarn dağılmasına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol