"Bu gün, iyulun 28-də səhər saatlarında rus işğalçıları Belarus ərazisindən Ukraynaya 20-dən çox raket atıb"
"AzPolitika.info" xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak özünün "Twitter" səhifəsində yazıb.
Rusiyanın raket hücumlarından danışan Podolyak, Ukraynada ilk dəfə qeyd olunan Dövlətçilik Günü ilə bağlı xatırlatma edib: "Bu gün Ukraynada Dövlətçilik Günü qeyd olunur. Bu gün Rusiya tərəfindən şəhərlərimizə iyirmidən çox raket atılıb. Ruslar soyuducularımızı oğurlaya bilərlər, amma tariximizi yox. Kiyev mədəniyyət paytaxtı olanda Moskva bataqlıq idi".
Qeyd edək ki, 28 iyul - Ukraynanın Dövlətçilik Günü kimi qeyd edilir.
"AzPolitika.info"


Şərhlər