Menu

Çavuşoğlu Gürcüstanın 3+3 formatına qoşulmamasına aydınlıq gətirib

28.07.2022, 19:29
Çavuşoğlu Gürcüstanın 3+3 formatına qoşulmamasına aydınlıq gətirib

Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Bildirdiyim kimi, regiondakı hazırkı vəziyyəti nəzərə alaraq, Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə, biz regionda davam edən proseslərlə bağlı müzakirələrə 3+2 formatında davam edirik”, - deyə XİN başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol