Menu

Konfrans Liqası: "Neftçi" növbəti mərhələyə yüksəlib

28.07.2022, 23:18
Konfrans Liqası: "Neftçi" növbəti mərhələyə yüksəlib

"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız topla qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol