Menu

"Britaniyanın Baş naziri seçilsəm, Ukraynanın ən yaxşı dostu olacam" - Liz Trass

29.07.2022, 10:27
"Britaniyanın Baş naziri seçilsəm, Ukraynanın ən yaxşı dostu olacam" - Liz Trass

“Böyük Britaniyanın Baş naziri olsam, Ukraynanın ən yaxşı dostu olacam və dərhal Prezident Volodimir Zelenskiyə zəng edəcəm”.

“Report” “Röyters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Ukraynaya daha çox silah və humanitar yardım göstərmək üçün müttəfiqlərlə çalışmağa davam edəcəm. Baş nazir kimi Boris Consonun yolunu davam etdirəcəm və Ukraynanın ən yaxşı dostu olacam. Putinin Ukraynadakı məğlubiyyətini təmin etməyə çalışacam”, - o vurğulayıb.

Qeyd edək ki, hazırda L.Trassın əsas rəqiblərindən biri maliyyə naziri Rishi Sunakdır.

Xatırladaq ki, keçmiş Baş nazir Boris Consonun NATO Baş katibi olacağı iddia edilir.

Şərhlər

dadaşyev 2022-07-29 23:28:10

Nənəmin satmağa qozları olsa ona qozsatan baba deyərəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol