Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Aşağıdakı dəyişikliklər edilib.
1.1. 21-ci maddə üzrə:
1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;
1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;
1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilsin;
1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.


Şərhlər
MM-də mürgüləyənlər nəyə görə XALQA MƏXSUS OLAN BÜDCƏNİ PENSİYAÇILARA, ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNƏ YOX, ÖZLƏRİNƏ AYIRIRLAR? GÖRƏSƏN AZƏRBAYCANDA HAQQ- ƏDALƏT NƏ VAXT ZƏFƏR ÇALACAQ? HEÇ VAXT.
Təyin olunmuş 100 faizlə səc verən ya 100 faizlə əleyhinə olan biznesmen milyarder duptatrların maaşı qaxdı. Bəs kasıb işsiz yetgim-yesir? Bu ölkənin var dövləti bir qrup adam üçün deyil bütün xalqındır.
Bəs pensiyaçıların pensiyasının 3.4 faiz artması niyə hakimiyyəti maraqlandırmır? Onlar Azərbaycan vətəndaşı deyillər?İclaslarda yatan,çox vaxt öz obyektlərinin işi ilə məşğul olaraq iclaslara gəlməyən "deputatlarln" maaşları niyə artırılır?Bu ölkədə niyə ədalət sistemi ləğv edilib?