Menu

İstanbul boğazı ikitərəfli bağlandı -SƏBƏB

30.07.2022, 00:11
İstanbul boğazı ikitərəfli bağlandı -SƏBƏB

Misirdən Bolqarıstana gedərkən gəminin nasazlığı səbəbindən Bosfor boğazı iki tərəfli nəqliyyata bağlanıb. Sfera.az xəbər verir ki, Sahil Təhlükəsizliyi Baş Müdirliyinin sosial media hesabında bildirilib.

"Misirdən Bolqarıstana səfər edərkən Yavuz Sultan Səlim Körpüsü yaxınlığında 134 metr uzunluğundakı Sparta gəmisində nasazlıq yaşanıb. Bələdçi kapitanımız və Kurtarma-12 və Nazim Tur yedək gəmilərimiz ora yönəldilib"- bəyanatda qeyd olunub.

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol