Menu

Salyanda qadın özünü bıçaqlayıb

30.07.2022, 13:32
Salyanda qadın özünü bıçaqlayıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. 

Kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədzadə Sevinc Rafael qızı bir neçə bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Yaxınlarının bildirdiyinə görə, 43 yaşlı qadın özü-özünə bıçaq xəsarətləri yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol