Menu

UKRAYNADAN RUS ORDUSUNA DAHA BİR ZƏRBƏ - Qara dəniz donanmasının qərargahını vurdu

31.07.2022, 12:01
UKRAYNADAN RUS ORDUSUNA DAHA BİR ZƏRBƏ - Qara dəniz donanmasının qərargahını vurdu

Ukrayna ordusu Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda yerləşən qərargahına zərbə endirib.

Zərbə nəticəsində beş nəfər xəsarət alıb. Rusiya tərəfi zərbənin pilotsuz uçuş aparatı ilə endirildiyini bildirib.

Donanma qərargahına endirilmiş zərbə ilə əlaqədar Rusiyanın Hərbi Dəniz Donanması Günü münasibətilə tədbirlər təxirə salınıb.

Qeyd edək ki, Rusiyada hər il iyul ayının sonuncu bazar günü Hərbi Dəniz Donanması Günü kimi qeyd olunur. ( Unian.net)

Şərhlər

turan 2022-07-31 16:06:31

Rusların dezinformasiyasıdır. Bu gün parad keçirməyə qorxdular. Gözdən pərdə asmaq üçün pəncərə şüşələri sındırıldı. 2000-ci illəri yada salmaq kifayətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol