Menu

Ukrayna Qəhrəmanı və iş adamı Nikolayevin atəşə tutulması zamanı həlak olub

31.07.2022, 12:41
Ukrayna Qəhrəmanı və iş adamı Nikolayevin atəşə tutulması zamanı həlak olub

Ukrayna Qəhrəmanı və iş adamı Aleksey Vadaturski Nikolayev şəhərinin atəşə tutulması zamanı həlak olub. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə eyniadlı vilayətin administrasiyası bildirib.

Məlumatı yerli “Novosti-N” nəşri də təsdiqləyib.

Qeyd edilir ki, o, ölkənin ən böyük taxıl ticarəti şirkəti olan "Nibulon"un sahibidir. Eyni zamanda, Aleksey Vadaturski ilə birlikdə onun həyat yoldaşı da ölüb.

Ukrayna Qəhrəmanı, “Nibulon” kənd təsərrüfatı müəssisəsinin baş direktoru Aleksey Vadaturski 2005-ci ilin fevralından Ukrayna Taxıl Assosiasiyasının vitse-prezidenti idi.

2021-ci ildə “Forbes” iş adamının sərvətini 430 milyon ABŞ dolları qiymətləndirib, Vadaturski Ukraynanın 100 ən zəngin adamının siyahısında 24-cü yeri tutub.

Şərhlər

dadaşyev 2022-07-31 18:56:07

A balam,bu sözü dəyişmədik də."İş adamı".Yapışdı qaldı beynimizdə.Kombaynla taxıl biçən adam iş adamı deyil yəni?Avaradı,sərsəridi?Türkiyədə seriallarda-filanda "iş adamı" deyirlər deyə biz də deməliyik?Onda iş yerinin sahibinə də "işverən" deyirlər,onu da işlədək.Niyə işlətməyək ki?Yaxşı deyil,ayıbdı,hə?Nədən,kimdən ayıbdı,a balam?Ayıb olsaydı,yaxşı şey olmasaydı balaca bir respublikada bu qədər işverən olardı?Hər üç adamdan ikisi aşkar işverəndi,üçüncüsü də şübhəlidi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol