Menu

RUS ORDUSUNUN İTKİLƏRİNDƏ YENİ REKORD - Ən böyük itkini bu istiqamətdə verib

31.07.2022, 17:39
RUS ORDUSUNUN İTKİLƏRİNDƏ YENİ REKORD - Ən böyük itkini bu istiqamətdə verib

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun daha 160 əsgərini zərərsizləşdirib. Həmçinin onlarla artilleriya sistemi sıradan çıxarılıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Rusiya ordusu ən böyük itkini Donetsk istiqamətində verib.

İyulun 31-də Rusiya ordusunun müharibə ərzindəki ümumi döyüş itkisi təxminən belədir:

şəxsi heyət təxminən 40 830 (son sutkada daha 160 nəfər) nəfər zərərsizləşdirilib;

tanklar - 1763 (4 yeni tank) ədəd; 

zirehli döyüş maşınları - 4 004 (+9) ədəd; 

artilleriya sistemləri - 916 (+10) ədəd;

təyyarələr 223 (1);

helikopterlər (190) və s.

Şərhlər

Türkoğlu 2022-07-31 23:58:36

İnşallah Rusiya dağılar ...

t.ədalət 2022-07-31 18:38:46

Şükürlər olsun Allaha ki,Rusiyanın çöküşünü görməyi bizə nəsib etdi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol