Menu

Serblər Kosovonun şimalında barrikada qurur

31.07.2022, 22:45
Serblər Kosovonun şimalında barrikada qurur

Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb.

Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.

Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol