DEPUTATLARIN MAAŞI NƏ QƏDƏR ARTDI? - Ekspert əvvəlki və indiki rəqəmləri açıqladı + FOTO

Bank üzrə ekspert, hüqüqşünas Əkrəm Həsənov deputatların maaşını nə qədər artırıldığına aydınlıq gətirib. O bildirib ki, deputatların maaşı 61%-dən çox artıb: “Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:

1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;

2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;

3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;

4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;

5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;

6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.

Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!

Hələ Qanun layihəsini görmədən və barəsində yalnız mətbuatdan xəbər tutanda (xalq tərəfindən seçilmiş hesab edilən kəslər niyə qanun layihələrini ictimai müzakirəyə təqdim etmirlər?) status yazmışdım ki, artıma etiraz etmirəm, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər. Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi…”, – o bildirib.

635x100

Şərhlər

Qzər 2022-08-02 21:01:36

Deputatların maaşı minimum əmək haqqına bağlı olsaydı belə insafsızlıq ədalətsizlik baş verməzdi

köhne 2022-08-02 18:16:14

Həəə.Dūnyani xataba qalsin.

Ələkbər 2022-08-02 17:53:36

Minimum əmək haqqından vergi tutulmamalidir

Azər 2022-08-02 17:28:26

Deputatların maasi minimum əmək haqqına bağlı olsaydı belə ədalətsizlik insafsızlıq olmazdi

Azər 2022-08-02 17:27:46

Deputatların maasi minimum əmək haqqına bağlı olsaydı belə ədalətsizlik insafsızlıq olmazdi

Pensiyaçı 2022-08-02 12:39:33

Sitahi deputatlata verilən maaş az idi ki , hələ 2000-3000 manay artırılır?-Bunu hansı ağılla,hansı başla ediblər?30-50 9ı işləyib dövlətə vergi vermiş pensiyaçılara isə cəmi 300 manat təyin edən bir papağını qabağına qoyub düşünə bilirmi? Bu deputatçıqların əhalimim bu qisçi heç yadlarına düşürmü?Bəs belə qərar verən hakimiyyət?

Seçici 2022-08-01 22:59:31

Ədalət prinsipinə əməl olunmur ? Bilmək istəyirəm Şəkidən təyin olunmuş deputatlar nə iş görür, ona 7 min manata yaxın əmək haqqı verəsən ? Mənasız , düşük işlərlə məşğul olurıar ,Mənasız danışıqlardansa, təyin olunmuş rayonun problemləri ilə məşğul olsan o yaxşı olar. Yoxsa İcra Hakimiyyətinə qulluq etməkdənsa , sıravi vətəndaşa xidmət etsən örmətin artar .........

Adilə cavab 2022-08-01 16:17:11

Hörmətli Adil bəy! Pul pensionerin nəyinə lazımdır. Körpə uşağı yox, pul istəyəni yox, biznesi yox.. Allahına şükür eləsin və dominosunu oynasın. Diptatların gör nə qədər problemləri var.

Eli 2022-08-01 16:07:26

Bu deputatkatın işi esasen ölke rehberliyini teriflemekden ibaretdir, vessalam.

Adil 2022-08-01 13:59:28

Pensiyaçılara 20-30 manat, deputatlara və məmurlara 200-3000 manat artım! Belə də ədalətsizlik olar?

Son yazılar