Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.

Şərhlər
Seki belediyesinin sedri intiqama kim bata biler?
Şəki Bələdiyyəsini İdfarə edən İntiqam Bəşirovdu, İntiqam Bəşirova ; - saysız hesabsız vəzifələr verilib, 1. Kommunal Təsərrüfat İdarəsinin müdiri, 2) Bələdiyyənin1-ci müavini və Bələdiyyəni İdarə edən şəxs, 3) Şəkinin bütün parkları, 4) Yaşıllaşma İdarəsi, 5) Yarmarka, 6) İşıqlanma İdarəsi və s.. Bələdiyyənin bütün üzvüləri özünün işçiləridir, B
ələdiyyənin sədri özünün mühasibidir, Qaynı Bələdiyyənin üzvü və qara kassasıdır. Torpakları o paylayır, altında 50 minlik maşını vAR. Bu rayonda inkişafdan danışmak olarmı ? DTX sizin yolunuzu gözləyir Şəki ?
Əmlak Komitəsində rüşvətn əsasını qoyanlardan biri elə Kərəm sir ki, onu Prezident aparatına vəzifətə gətirdilər.
Azərbaycanda RÜŞVƏT ALMAYAN MƏMUR VARSA GEDİB XALQIN QAR.ISINDA QURANA ƏL BASIB AND İÇSİN.