Birləşmiş Ştatlar öz nüvə silahını yalnız fövqəladə hallarda, məsələn, milli maraqlara təhdid olduğu təqdirdə istifadə etməyə hazırdır.
Bu barədə avqustun 1-də ABŞ Dövlət katibi Entoni Blinken nüvə silahının yayılmaması üzrə Müqavilənin iştirakçı dövlətlərinin konfransında bəyan edib. Konfrans BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilib.
«Nə qədər ki, nüvə silahı mövcuddur, Amerikanın nüvə silahının fundamental rolu ondan ibarət olacaq ki, Birləşmiş Ştatlara, bizim müttəfiqlərə və həmkarlara nüvə hücumunun qarşısı alınsın. Birləşmiş Ştatlar nüvə silahının tətbiq edilməsi imkalarına yalnız fövqəladə vəziyyətlərdə, ABŞ-ın həyati əhəmiyyətli müttəfiqlərinin və həmkarlarının müdafiəsi üçün baxa bilər» - Blinken deyib.
Xəbər verildiyi kimi, elə həmin gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Müqavilə iştirakçıları və qonaqların iştirakı ilə keçirilən 10-cu Konfransda (nüvə silahının yayılmaması barədə Müqavilənin fəaliyyətinə baxılması barədə) bəyan edib ki, nüvə müharibəsində qalib heç vaxt ola bilməz.
AzPolitika.info


Şərhlər