Rusiyanın "Qazprom" şirkətinin iyul ayındakı qaz hasilatı 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
"AzPolitika.info" beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, "Qazprom" ötən ay gündəlik 774 milyon kubmetr qaz nəql edib ki, bu da iyun ayı ilə müqayisədə 14 faiz azdır. Həmçinin Rusiyanın ümumi hasilatı da ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalıb.
Xəbərdə qeyd olunur ki, istehsalın azalması Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin pisləşməsi ilə əlaqədardır.
"AzPolitika.info"


Şərhlər