"Rusiya Prezidenti Vladimir Putin keçmiş müşaviri və Rusiyada müasir kapitalist sistemin bünövrəsini qoyanlardan sayılan Anatoliy Çubaysın zəhərlənməsi əmrini verə bilərdimi? Cavabım müsbətdir. Putin satqın kimi dəyərləndirdiyi şəxsləri sevmir və onlara qarşı intiqam hissi ilə yaşayır".
"AzPolitika.info" xəbər verir ki, bu barədə təhlilçi Elxan Şahinoğlu sözügedən zəhərlənmə olayını dəyərləndirərkən bildirib. Ekspert buna misal kimi Böyük Britaniyanın Rusiyanın ordu kəşfiyyatındakı xəfiyyəsi Skripalın Moskvada həbs olunduqdan sonra ABŞ-dakı bir qrup rusiyalı xəfiyyə ilə dəyişdirilməsini göstərir: "Putinlə ABŞ-ın o zamankı Prezidenti Barak Obama bununla bağlı razılıq əldə etdilər. Yəni məntiqlə məsələni bitmiş saymaq olardı. O səninkini, sən onunkunu qaytardın. Ancaq Putin Skripalın satqınlığını unutmadı. Kremlin Londona göndərdiyi iki killer Skripalı qızı ilə birlikdə zəhərlədilər. Litvinenkonu Londonda daha əvvəl zəhərləyib öldürmüşdülər".

E.Şahinoğlu Çubaysın daha önəmli fiqur olduğuna diqqət çəkir: "Rusiyanın birinci Prezidenti Boris Yeltsinin sağ əli idi, faktiki iqtisadiyyatın istiqamətini müəyyənləşdirirdi. Yeltsinin Putini varis seçimində Çubaysın da rolu olub. Putin bu yaxşılığı unutmadı və Çubaysın xalq arasında aşağı reytinqinə rəğmən, onu illər uzunu müxtəlif vəzifələrə təyin etdi. Ancaq hiss olunurdu ki, Rusiyada formalaşan avtoritar üsul-idarə liberal düşüncəli Çubaysı narahat edirdi. Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması vəzifələrindən imtina edən Çubaysı vətənini gizli şəkildə tərk etməsinə səbəb oldu. Ancaq Çubays anlamamış deyildi ki, keçmiş xəfiyyə Putin ondan əl çəkən deyil. Çünki Çubays, Putinin məntiqinə görə, “satqın” olmaqla bərabər, Kremlin xeyli sirrini bilir. Ona görə də Litvinenkonu, Skripalı, Navalnını zəhərləməyə qərar verən düşüncə tərzi Çubaysı da ortadan götürmək əmrini verə bilərdi. Çubays bunu bildiyindən xarici ölkələrdə görünməyəyə çalışır, açıqlama və müsahibələr vermirdi. Ancaq bu da onu sığortalamadı..."
"AzPolitika.info"

Şərhlər
Putin heç vaxt prezident kimi işleye bilmez o ancaq tehlükesizlik xidmetinin agsnti kimi işleye biler ve bu müddetde ele de işleyib nece ki Eldar Mahmudıv Tehlükesizlik naziri kimi yох ОБХСС reisi kimi işledi