“İNSAN OLMAYANLARA BƏRAƏT AXTARMAYIN” - Ukrayna Prezident Ofisi Trampa sərt cavab verdi

""Ukrayna NATO-dan və Krımdan imtina etsəydi, Rusiya Federasiyası Ukraynaya hücum etməyəcəkdi” – absurd rus təbliğatı möhürüdür. Hansı ki, bunu bəzi Qərb siyasətçiləri təkrarlayır. Nə üçün? Ondan ötrü hücum edib ki, Ukraynanı məhv etmək, uşaqları öldürmək, Avropanı öz qəddarlığı ilə qorxutmaq istəyir. İnsan olmayanlara bəraət axtarmaq lazım deyil”.

"AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ABŞ-ın sabiq prezidenti Donald Trampın son açıqlamasına cavab olaraq paylaşdığı “tvit”ində bildirib.

Xatırladaq ki, bundan az öncə Tramp kanalların birinə müsahibəsində deyib ki, gərək Volodimir Zelenski NATO-ya girməkdə israr etməyəydi və Krımı Rusiya ərazisi kimi tanıyaydı. Guya bu halda müharibə olmayacaqdı.

Bu sərsəm fikrinin ardınca Tramp deyib ki, guya Putin bu şərtlər daxilində Ukrayna hakimiyyətilə razılığa gəlməyə hazır idi. O, hətta əlavə edib ki, Putin bütün Ukraynanı tutacaq.

Qeyd edək ki, Putinlə qaranlıq əlaqələri barədə çox danışılan və 2024-cü ildə yenidən prezident seçkisində iştirak etmək fikrində olan Tramp may ayında bildirmişdi ki, Ukraynaya hərbi yardım göndərməkdənsə, ABŞ məktəblərində təhlükəsizliyi artırmaq üçün vəsait ayırmaq lazımdır.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

turan 2022-08-03 16:29:46

Tramp rus FTX-sının qarmağındadır. Dzerjinski meydanından nə əmr gəlir onu icra edir

Elmira 2022-08-03 08:59:28

Bu satqın Trampa daha sözümüz qalmadı! İblis!

Son yazılar