UKRAYNA ORDUSU SURSAT DAŞIYAN QATARI VURDU – Xersonun Krımla əlaqəsi kəsildi

Ukraynanın Rusiya sursat qatarına zərbəsi nəticəsində Moskvanın tutduğu Xerson vilayətilə ilhaq etdiyi Krım arasında dəmiryolu əlaqəsini dağıldığı bildirilir.

"AzPolitika.info" Ukrayna mediasına istinadən xəbər verir ki, bu bardə xəbəri Britaniya kəşfiyyatı bu gün - avqustun 3-də yayıb. Kiyev isə Qərb silahlarının verilməsinə baxmayaraq, şərqdə hərbi vəziyyətin “cəhənnəm”ə bənzədiyini açıqlayıb.

Britaniya Müdafiə Nazirliyi gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, ukraynalıların dəmiryoluna vurduğu ziyanın tezliklə aradan qaldırılması mümkündür, ancaq bu xətt Rusiya qüvvələri, onların Krımdan Xersona logistik təchizat marşrutu üçün zəif nöqtə kimi qalacaq.

Ukrayna qüvvələri Dnepr çayı üzərindəki Antonovski körpüsünü vurandan sonra Rusiya Xersondakı qüvvələrinin yenidən təchizatında onsuz da çətinliklərlə üzləşib. Britaniya kəşfiyyatı hazırda əsgərlərin yerdəyişməsinin və logistik təchizatın bərələrlə həyata keçirildiyini bildirir.

Kəşfiyyat qaçan dinc sakinlərin Xersonda nəqliyyat marşrutlarına təzyiqi artıracağını vurğulayır.

Ukrayna ordusunun avqustun 3-də səhər yaydığı məlumata görə, Xerson vilayəti hədəfə alınır, ötən gecə ərazidə Rusiyanın bir neçə mövqeyi vurulub, qarşı tərəf itki verib.

"Şərqi Donbas regionunda döyüş vəziyyəti cəhənnəm kimidir, ABŞ-ın müasir artilleriya sistemləri verməsinə baxmayaraq, Kiyev qüvvələri Rusiyanın ağır silahlar və canlı heyət üstünlüyünü dəf edə bilməyiblər". Bunu isə Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, avqustun 2-də gecə müraciətində qeyd edib ki, “döyüşdə, xüsusilə Donbasda” balanssızlıq çox hiss olunur. “Ora cəhənnəmin özüdür. Bunu hətta sözlərlə təsvir etmək mümkün deyil”, – o vurğulayıb.

Prezident HIMARS uzaqmənzilli raket sistemlərinin Ukrayna üçün ədalət sözünün demək olar sinoniminə çevrildiyini deyib. Zelenskinin sözlərinə görə, Ukraynanın müdafiəçiləri bu çox effektli sistemlərin sayəsində işğalçıların hər həftə daha və daha çox ağrılı itki verməsi üçün hər şeyi edəcək.

Xatırladaq ki, HIMARS sistemlərini ABŞ göndərib. Ağ Ev avqustun 1-də yeni hərbi yardım paketinə sistemlər üçün əlavə sursatın daxil olacağını, bu sistemlərin döyüş zonasında fərq yaratdığını bəyan edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Xazar 2022-08-04 20:51:27

Ukraynaya olan kömək kimə olsaydı, rusları çoxdan məğlub etmişdi… Bunlar elə hıqqana- hıqqana qalıblar…

Gəncə 2022-08-03 14:42:35

Eşq olsun ! ALLAH QÜVVƏT VERSİN !

Son yazılar