Menu

YAP-ın rəsmi qəzeti Cəmil Həsənlini təhqir edir

12.11.2013, 09:17
YAP-ın rəsmi qəzeti Cəmil Həsənlini təhqir edir

Milli Şuranın prezidentliyə vahid namizədi olmuş professor Cəmil Həsənli barəsində “Yeni Azərbaycan” qəzetində təhqiramiz yazılar yazılıb. Qəzetdə onun barəsində heç bir ölçüyə sığmayan təhqirlər yer alıb. C.Həsənlinin seçki qərargahı isə bu yazıları cavabsız qoymaq niyyətində deyil- qəzet məhkəməyə veriləcək.

Seçki qərargahının üzvlərindən olan AXCP sədrinin müavini Gözəl Bayramlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ qəzeti oxumayıb: “Bu barədə eşitmişəm, ancaq yazını oxumamışam. Ancaq qəzetin xalqın böyük etimadını qazanan bir adama qarşı təhqirləri mütləq Cəmil müəllimin seçki qərargahında müzakirə olunmalı və bununla bağlı qərar qəbul edilməlidi. O qəzeti heç iqtidar partiyasının üzvləri oxumur, qərargahda da çoxları detallardan xəbərdar deyil. Biz yazı ilə tanış olub öz münasibətimizi bildirəcəyik. Düşünürəm ki, məsələ seçki qərargahında müzakirə olunacaq”.

Seçki qərargahının həmsədri Arif Hacılı isə qeyd etdi ki, onlar bu məsələdən xəbərdardırlar və ölçü götürüləcək: “Biz hüquqşünaslarla məsləhətləşirik, faktla bağlı məhkəməyə müraciət ediləcək”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol