"Separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar".
"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev mətbuata açıqlamasında deyib.
“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”- deyə, deputat sözlərinə əlavə edib.
Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər: “Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.


Şərhlər
Hamısı rədd edilməlidir.Yalnız Laçın dəhlizindən yox,bütün Qarabağdan sülhməramlısı da,kürdməramlısı da ,Amerikaməramlısı da,İranməramlısı da,hamısı tezliklə rədd edilməlidir.Bizim perestroyka vaxtında olan xainlərimiz Şuşanı,Laçını orada kürd respublikası yaratmaq üçün xainliklə vermişdilər.İndi o dövran deyil.Bu iş uzandıqca daha kəskin hal ala bilər.Azərbaycanın şanlı ordusu nəhayət öz sözünü deməlidir.