Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.
Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Modern.az-ın əməkdaşı “Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib.
O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir: “Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.


Şərhlər
Demeli qadınlar lütdə gelse olar amma kişilere şortiklə girmək olmaz markete? Görəsən hansı qoyun
sən kimsən ki, qadağa qoyasan? Qadağa qoymaq dövlətin işidir.
Bəs qadınlar?
Mən də şortiklə ictimai yerdə gəzməyin əleyhinəyəm. Amma çox maraqlıdır-qadağa "Bəylər üçün"dür. Yazırsınız: Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Deməli, qızlar mini yubkada, ondan da mini şortikdə gələ bilər. Bəs camaatın atası-qardaşı yoxdur.
“Meyvəli bazarı” nə ola qiymətlərlə namusunu qoruduğu millətin belini qırmayayalar....