"Diqqət etdinizsə, növbəti gərginləşmə xarici işlər nazirlərinin Tiflis görüşündən sonra başladı. Rusiya Azərbaycan və Ermənistanın öz probemlərini ikitərəfli formatda müzakirə etməsində, hərtərəfli sülh müqaviləsinin hazırlanıb imzalanmasında və beləliklə, problemə nöqtə qoyulmasında maraqlı deyil. Moskva 10 noyabr Bəyanatının çərçivəsi içərisində hərəkət etməyi məsləhət bilir".
"AzPolitika.info" xəbər verir ki, siyasi təhlilçi Şahin Cəfərli cəbhə xəttində baş verən gərginliyi şərh edərkən bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Qarabağdakı "sülhməramlı" kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır: "Konflikt situasiyasının davam etməsi sülhməramlıların qalmasını da zəruri edir və bir növ legitimləşdirir. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır".
Ekspert hesab edir ki, bu səbəbdən tərəflər əgər həqiqətən qəti çözüm istəyirlərsə, təxribatlara mümkün qədər uymamalı, masanı devirməməli və ikitərəfli müstəvidə dialoqu davam etdirməlidir: "Lakin vəziyyəti çətinləşdirən əsas amil ondan ibarətdir ki, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə "dqr ordusu"nun əli ilə təxribatlar törədə bilər - necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Bu səbəbdən, Paşinyan hökuməti Azərbaycanla dialoqda özünü çox ehtiyatlı davranmaq zorunda hiss edir. Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik".
"AzPolitika.info"


Şərhlər
Gənc siyasətçi, mən 30 il öncə düşünürdüm ki, münaqişə ilə tanış Gürcüstan vasitəçilik etsə, mübahisə tez-BMT TŞ operativ qərarı üzrə həll edilərdi? Təcrübəli uzaqgörən H.Ə.Əliyev-Qarabağ süni Qarabağ münaqişəsi Azərbaycanın altına qoyulmuş siyasi bombadır ki, lazıım gələn an şantaj düyməsinə bassınlar, demişdir. Kreml Qarabağ həllini istəsəydi, ilkin dövrlərdəki təklifi kimi sərhədlərimizi işğaldan birgə qoruyardı? Azərbaycan Qarabağ Siyasi Münaqişəsindən azad olmaq istəyirsə, Ermənistana adekvat olaraq, Azərbaycanda bircə erməni belə qalmamalıdır!?
Avropa İttifaqının təcrübəli ÜZVÜ və NATOnun Ukrayna və Polşadan da nəğd üzvü olacaq Ermənistan hadisələri Beynəlxalq Hərbi Tribunala verib, özünün günahkar-təxribatçı olmadığını sübut etsin!?
Qarabağdakı gərginlik Ukraynada vəhşilik törədən Rusiya hakimiyyətinə lazımdır.Biz,cavab tədbiri kimi danışanda pox iyi verən rus dilini və məktəblərini bağlayaq.Görmürlər ki,rusa dayı dedikcə,balalarımızı şəhid edir,yurd yerlərimizi xaraba qoyur.Rusun ayağı dəyən yerlərdə qətliamlar,soyqırımlardan başqa heç nə olmur.