Rusiya Prezidentinin keçmiş müşaviri və Rusiyada müasir kapitalist sistemin bünövrəsini qoyanlardan sayılan Anatoli Çubaysın səhhəti ilə bağlı yeni detallar məlum olub.
"AzPolitika.info" Britaniyanın "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, sabiq Kreml məmuru qismən iflic olub, yeriməkdə və gözlərini yummaqda çətinlik çəkir.

Qəzet yazır ki, İtaliyanın Sardiniya şəhərindəki xəstəxanada mualicə alan Çubaysa, "Guillain-Barre" diaqnozu qoyulub.
Məlumat üçün bildirək ki, "Guillain-Barre" sindromu ifliclə nəticələnə bilən və özünü əzələ zəifliyində, ağrılarda, uyuşmalarda göstərən nadir xəstəlikdir.
Rusiyalı teleaparıcı Kseniya Sobçak da Çubaysın vəziyyətinin qeyri-stabil olduğunu təsdiqləyib: "O, hələ də reanimasiyadadır, ayaqları və qolları yaxşı işləmir, gözləri bağlanmır və qismən iflic olub".
Xatırladaq ki, son olaraq Putinin müşaviri kimi formal post tutan Çubays Ukrayna işğalı başlayandan bir müddət sonra xəbərsiz şəkildə Rusiyanı tərk edib. Ardınca isə Rusiyanın hakim “Vahid Rusiya” partiyası onu ölkəni tərk etdiyi üçün xəyanətdə ittiham edib.
Onu da qeyd edək ki, xarici mətbuatda gedən xəbərlər görə, Çubaysın bu addımı Putini qəzəbləndirib və o, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə ona sui-qəsd olunmasını tapşırıb.
"AzPolitika.info"


Şərhlər
Hər şeyin elitarını, imporynusunu, evropeyskisini seçirdi .....
O cümlədən xəstəliyin də....