Menu

“Ukrayna artıq Rusiyanın operativ qüvvələrini sutka ərzində məhv edə bilər” - Arestoviç

04.08.2022, 16:35
“Ukrayna artıq Rusiyanın operativ qüvvələrini sutka ərzində məhv edə bilər” - Arestoviç

Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviç bəyan edib ki, Ukrayna silahlı qüvvələri (USQ) Rusiya Federasiyasının əhəmiyyətli hədəflərinə bir-iki sutka ərzində məhvedici zərbə endirə bilər.

Bu barədə o, rusiyalı hüquq müdafiəçisi Mark Feyginlə söhbət zamanı danışıb («UNİAN»).

Onun sözlərinə görə, hazırda HİMARS-ın sayı Ukraynaya imkan verir ki, eyni zamanda 168 raket buraxsın.

«Bu, təxminən 100 hədəfi ölümə məhkum edir. Deyə birlərəm ki, Rusiya Federasiyasının bütün operativ səviyyəli əhəmiyyətli hədəf bankı Xarkovdan Xersona qədər, təxminən, 200 ədəddir. 168 ədəd 200-ə qarşı - bu, bir-iki sutkada eyni vaxtlı məhvetmədir» - Arestoviç deyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol