Menu

Londondakı səfirliyimizə hücum edənlər ermənilərlə işbirliyindədirlər? - Reaksiyalar

05.08.2022, 00:28
Londondakı səfirliyimizə hücum edənlər ermənilərlə işbirliyindədirlər? - Reaksiyalar

Azərbaycanın Londondakı səfirliyinə hücum edən və özünü dindar adlandıran  “Mehdi Xidmətçiləri Birliyi”nin üzvlərinin bu vandalizmi Qarabağda separatçılara qarşı anti-terror əməliyyatından sonra həyata keçirməsi təsadüfə oxıamır

Politoloq Elxan Şahinoğlu isə deyir ki, Londondakı radikal dindarları nə qəzəbləndirib ki, həbs olunma təhlükəsi risqini göz önünə alaraq Azərbaycan səfirliyinə hücum ediblər:" Özü də bu hadisə elə bir məqamda baş verir ki, Azərbaycan Qarabağda separatçılara qarşı anti-terror əməliyyatı həyata keçirir və İrəvan təşviş içindədir. Yoxsa erməni lobbisi indi də radikal dindarlarla ittifaq qurub? Hər halda həbs olunan dindarlar London polisinə Azərbaycan səfirliyinə hücum etmələrinin səbəbini söyləyəcəklər.

Ancaq bu hücum əmr və pul müqabilində həyata keçirilibsə əsl səbəbini gizlədəcəklər".

İctimai fəal Bəxtiyar Hacıyev də Londonda radikal dindarların səfirliyimizə etdiyi hücumla bağlı yazıb: "Londondakı səfirliyimizə olan hücum sıradan bir hadisə deyil. Böyük Britaniya Əfqanıstan, Cırdaxan deyil. Bir ölkədə başqa bir ölkənin səfirliyinə hücum baş verir, səfirliyin binasına çıxırlar, bayrağı qoparırlar ".

Onun sözlərinə görə, videolardan birində kənarda polis əməkdaşlarının dayandıqları görünür: "Bu məsələyə ən sərt reaksiya verilməlidir. Bu, balaca hansısa icmanın edəcəyi qələt deyil, arxalarında böyük güc hiss etməsələr, oradakılar o qələti etməzlər".

Şərhlər

Türk Turan 2022-08-05 01:31:38

Son günlər Məhərrəm ayının başlanması ilə əlaqədar bəzi radikal şiələr dini bayraqları məscidlərin xaricində və daxilində asmaq istəsələr də Azərbaycan hökumətinin və bir sıra vətənpərvər vətəndaşların haqlı narazılığı və müdaxiləsi ilə bunun qarşısı alınıb. Londondakı təxribatı və alçaqlığı bizim bu dik duruşumuza cavab kimi qiymətləndirmək olar. Təbii ki, Elxan Şahinoğlu və Bəxtiyar Hacıyevin açıqlamaları da yerində və məntiqlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol