MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən də...

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

635x100

Şərhlər

Bikəs Mirqədiroğlu 2022-08-05 14:45:15

Ərazi Azərbaycan Dövlətinə aiddir və təhlükəsizlik məsuliyyətini hansısa kənar gücə, quruma vermək ...? SÜLHməramlı hərbçilər də səhv etmirəmsə, heç dövlət və ölkənin tabeliyində yox, birbaşa fəaliyyətdə olduqlaları dövlətin, ölkənin sərəncamına əməl edirlər. Bu sual acil MMdə baxılmalıdır!

t.ədalət 2022-08-05 11:41:55

dələduzluq edən rus hərbiçiləridir.

Son yazılar