5 avqust 2022-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən verilən xəbərə görə, bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.
Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.
Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.
Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib.


Şərhlər
Qovun sefiri
Utancverici. Təbii ki, ümumi bir qayda olaraq diplomatik kanallarla meseleye Azərbaycan öz münasibətini bildirir ve bildirecek de. . Amma bizləri əsas maraqlandıran həmin görüntülərdə heç bir səfirlik əməkdaşımlzn gözə dəyməməsidir. Necə yani bir qrup çapulçu bayrağı endirsin, səfirliyin heç bir əməkdaşı reaksiya verməsin və hələ utanmadan da deyilsin ki, heç bir səfirlik əməkdaşı xəsarət almamışdır. Onlara diplomatik dəyərlər və bayraq sevgisi bu qədərmiu zəif aşılanıb. Təbii ki, xaricə göndərilən diplomatların çoxu day-dayı ilə, tapşırıqla göndəriləndə "cəsarətləri" də bu olacaq. Bəyəm onlar bilmirlər ki, siyasət yürüdüldüyü yere kimi yeter, sonrası gücdür. Şəhid qanları ilə boyanmış o bayraq, bəyəm onlar üçün nədir. Olmazdımı ki, biri canını ona sipər edərdi. Ona görə də Xarici İşlər Nazirimiz Cehun Bayramov bütün bunlara da cavab verməli və öz işlərinə və xaricdə olan səfirlik əməkdaşlarının tərkibinə də yenidən baxmalıdır. Bunlar bəyəm heçmi Dövlət Başçısından ders almazlar. Görmədilərmi, 44 günlük Vətən Müharibəsində o Adam Şuşada şəhadət şərbətini içib döyüşə atılan əsgərlər qədər, masada bütün dünya güclərinə qorxmadan, çəkinmədən meydan oxudu. Beyem bu kadar ucuzmu, Ali Baş Komandanın masada askeri olmaq.