“Savaş ilin sonuna qədər sürəcək və 1 trilyona başa gələcək...” – “The Economist”

“Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi dünya iqtisadiyyatına təkcə bu il 1 trilyon dollara başa gələcək”.

“AzPolitika.info” xəbər verir ki, bu proqnoz “The Economist”-in yaydığı hesabatda yer alıb. Həmin hesabata görə, bu müharibə dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadiyyatının inkişaf tempini ciddi şəkildə zəiflədir.

Məlumatda deyilir ki, “The Economist”-in fevralın 15-də dərc edilən müharibədən öncəki proqnozunda dünya iqtisadiyyatının il ərzində 3.9 faiz artacağı göstərilmişdi. Yeni proqnozda isə həmin göstərici 2.8 faizə düşüb və sənəddə qeyd olunur ki, Ukraynadakı savaş ən azı ilin sonuna qədər davam edəcək ki, bu da bütün dünya üzrə Ümumi Daxili Məhsul (ÜDM) proqnozunun 1 trilyon manat azalması deməkdir.

Qeyd olunur ki, G-20 ölkələrinin 15-də artım proqnozları endirilib. Onların arasında ÜDM-ə ən böyük ziyan dəyən ölkə isə Rusiyadır. Onun ÜDM-i 10 faiz azalacaq. Hansı ki, ilin əvəlində əksinə, 2.6 faizlik artım gözlənilirdi. Bununla yanaşı, Ukrayna iqtisadiyyatına daha böyük ziyan dəyib və onun ÜDM-nin 45 faiz azalacağı proqnozlaşdırılır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar