Menu

Rusiya hərbi təcrübəsi olmayan könüllülərdən yeni birliklər yaradır

06.08.2022, 08:52
Rusiya hərbi təcrübəsi olmayan könüllülərdən yeni birliklər yaradır

Rusiya Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tərkibinə daxil olacaq yeni “Samara” könüllü batalyonu yaradılır. Hərbi təcrübəsi olmayan 18-50 yaş arası kişilər işə qəbul edilir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi üzrə Analitik İnstitutu (ISW) məlumat yayıb.

ISW ekspertləri qeyd ediblər ki, Rusiya qoşunları Nijni Novqorod vilayətinin Mulino şəhərində yerləşən Qərb Hərbi Dairəsində 15 min nəfərlik ordu korpusu formalaşdırır. Ola bilsin, bu korpusun qismən könüllü batalyonlardan formalaşdırılması nəzərdə tutulur.

Omsk vilayətinin qubernatoru Aleksandr Butkov bildirib ki, vilayət Donbasa yerləşdirilmək və mühəndislik, tibbi və maddi-texniki dəstək vermək üçün üç könüllü batalyon - İrtış, Avangard və Om yaratmaqda davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol