“Britaniya təhlükəsizlik xidmətlərinin hər şeydən xəbəri olub” – “Londonda hər 1000 nəfərə 68 kamera düşür”

"Londonun təhlükəsizlik xidmətlərinin baş verənlərdən öncədən xəbərdar olduğundan şübhələnmək üçün yetərincə əsaslar var. London şəhəri dünyada adambaşına düşən müşahidə kameralarının sayına görə yalnız Çindən geri qalır. Londonda hər 1000 nəfərə 68 kamera düşür".

"AzPolitika.info" xəbər verir ki bunları Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün "feysbuk" hesabından etdiyi paylaşımda yazıb.

Ekspert qeyd edib ki, London şəhərinin nəinki bütün küçələri, hətta bütün künc-bucağı, dalanları da kamera nəzarətindədir: "Britaniya cəmiyyəti zaman-zaman bu tip nəzarətə etirazlarını da bildirib. Ən güclü polis xidməti kateqoriyasında London polisi ilk 10-luqda qərarlaşır. Çində olduğu kimi, London şəhərində də son zamanlar küçədə hərəkət edən hər bir insanın biometrik identifikasiyası aparılır. Daha dəqiq desək, London xüsusi xidməti real vaxt rejimində kimin harada olduğunu çox yaxşı bilir. London polisi istənilən vaxt çox asanlıqla şübhəli şəxslərin koordinatlarını və danışıqlarını müəyyən edə bilər".

Eskpertin sözlərinə görə, bütün bunlar London xüsusi xidmətinin baş verənlərdən öncədən xəbərdar olduğuna dair şübhələrin yaranmasına səbəb olur: "Ümid edirəm və inanıram ki, hökumətimiz, DTX və kəşfiyyat strukturlarımız Türkiyənin də resurslarından yararlanmaqla, Londonda əslində nəyin baş verdiyini aşkara çıxaracaq və cəmiyyətə ağlabatan bir açıqlama verəcək".

"AzPolitika.info"

635x100

Şərhlər

Azər 2022-08-06 11:14:22

bu hadisə təsadüfü bir hadisə deyil., London istəsəydi bunun qabağını heç hadisə baş verməmiş alardı....mənə elə gəlir ki, bu hadisə Londonun Bakının apardığı hansısa bir siyasətinə etirazı və xəbərdarlığıdır, ola bilsin ki, Rusiya ilə hansısa yaxınlaşma Londonun xoşuna gəlməyib...

Son yazılar