“Çin özünün nüvə potensialını 3-4 dəfə artırır” - Pentaqon

Pentaqonda Çinin özünün nüvə potensialını təcili modernləşdirməsinə və diversifikasiyasına diqqət yetiriblər. Çin özünün nüvə arsenalını 3-4 dəfə artırmaq yolundadır.

Bu barədə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kel BMT-də keçirilən nüvə silahının yayılmamasına yenidən baxılmasına həsr olunmuş konfransın gedişində bəyan edib («UNİAN»).

O, Çinin özünün nüvə potensialını sürətlə modernləşdirmək və diversifikasiya etmək niyyətinə diqqət yönəldib, həm də bu həftə Tayvan boğazında onun silahla oynamaq davranışına diqqət çəkib.

«Çin lap indi nüvə arsenalını çox sürətli ahənglə artırmaq prosesi içindədir - üç və ya hətta dörd dəfə» - Kel deyib.

O, qeyd edib ki, Pentaqonda Çinin strateji sabitlik məsələlərini müzakirə etmək niyyəti ilə tanışdırlar, amma Vaşinqtonda hesab edirlər ki, Pekin «belə işə hazır deyil».

«Bizim Tayvan ətrafındakı situasiyada gördüyümüz yaxşı işlərdən biri odur ki, Çin tərəfindən nüvə hədəsi olmayıb» - Kel qeyd edib. O, həm də qeyd edib ki, Pentaqon nüvə silahının dünyada tam ləğv edilməsindən artıq heç nə arzulamır.

«Təhlükəsizlik üzrə cari çağırışlara baxmayaraq, Birləşmiş Ştatlar digər nüvə dövlətləri ilə əməkdaşlığı davam etdirəcək, harada ki, nüvə risklərini azaltmaq mümkündür və biz, bunu real gözləntilərlə edəcəyik» - Kel deyib.

«Birləşmiş Ştatlar gerçəkdən etiraf edir və təsdiqləyir ki, nüvə müharibəsini udmaq mümkün deyil və heç vaxt belə müharibəni aparaq olmaz. Biz, Birləşmiş Ştatlarla əməkdaşlıq edən nüvə dövlətlərini nüvə mövqeyinə görə şəffaflığın təmini və riskin azaldılması istiqamətindəki fəaliyyətini alqışlayırıq» - Pentaqon nümayəndəsi əlavə edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar