Menu

“Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək” - Blinken

06.08.2022, 14:00
“Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək” - Blinken

Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Filippində keçirilən mətbuat konfransında bildirib.

“İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında fikir ayrılıqlarına görə qlobal məsələlərdə əməkdaşlığı “girov” etməməliyik”, - E.Blinken deyib.

Amerikalı diplomatın fikrincə, iqlim məsələlərində əməkdaşlığın dondurulması bütün planet üçün müəyyən təsirlərə gətirib çıxaracaq. E.Blinken Çin və ABŞ-ın ümumi gündəliyinin bir sıra bəndləri üzrə əməkdaşlığın dayandırılmasını “məsuliyyətsiz addım” adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol