Kreml Azərbaycan Ordusunun irəliləməsinə mane olmayacaq - "Rusiyanın Türkiyəyə ehtiyacı artıb..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə dünənki görüşündə müxtəlif mövzular müzakirə olunub.

Politoloq Elxan Şahinoğlu görüşü şərh edərkən bildirib ki, Ukraynada apardığı işğalçı müharibə fonunda Qərbin Rusiyaya qarşı sanksiyaları genişlənir.

Onun sözlərinə görə, bu vəziyyətdə Rusiyanın Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıb: "Rusiya rəsmiləri də etiraf edirlər ki, Türkiyə Rusiya üçün vacib körpü rolunu oynayır. Putin anlayır ki, sanksiyalar Rusiya iqtisadiyyatına və bank sektoruna dağıdıcı zərbə vurur. Kreml sahibi bu vəziyyətdən çıxış yolu kimi Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə, bank sektorları arasında interqasiyanı genişləndirməyə çalışır.

Ərdoğan iqtisadi əlaqələri genişləndirməyə hazırdır, ancaq Qərb Rusiyanın bank sektoru ilə əməkdaşlıq edənləri də hədəf götürür. Ona görə də bu məsələdə Ərdoğan ehtiyatlı mövqe tutur".

Soçi görüşü ilə bağlı bizi maraqlandıran digər sual budur: Prezidentlərin görüşündə Qarabağdakı son vəziyyət müzakirə olundumu?

Ekspert qeyd edir ki, prezidentlərin Qarabağla bağlı xüsusi müzakirə apardığı ehtimalı azdır.

"Bu heç bizə lazım da deyil. Putinin Rusiya üçün indiki ağır vəziyyətdə Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıbsa, Kreml sahibinin Azərbaycan Ordusunun irəliləməsi və strateji yüksəklikləri, o cümlədən yaxın həftələrdə Laçını və dəhlizi nəzarətə götürəcəyinə mane olmayacağını proqnozlaşdırmaq mümkündür", - deyə Şahinoğlu vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

dadaşyev 2022-08-07 02:01:37

Ərdoğan gözəl bilir ki,Avropanın Rusiyaya qarşı guruldaması noyabr gələnə qədər,soyuqlar düşənə qədərdi.Soyuqlar bir başlasın,görərsiniz komfortlu yaşamağa alışmış Avropa insanları "qaz yoxdu,soyuqdan donuruq" deyə necə küçələrə axışırlar.Avropalılar bizim kimi deyillər,onlar hər şeydən əvvəl öz xalqlarını düşünürlər,hətta yolları asfaltlamazdan öncə o yollardan keçməli olan vətəndaşların qarnını,yeməyini-içməyini-maaşını-pensiyasını-sosial rifahını düşünürlər və düz də edirlər.Bax onda sanksiyaların necə yumşalmağa başladığını,hətta silindiyini görəcəksiniz.Ukraynanı qaza qurban verəcək Avropa.Bunu yoldaş dadaşyev deyir.Əgər biz ermənistana qəti sözümüzü demək istəyiriksə ona görə də noyabra,yəni Avropaya soyuqlar düşənə qədər deməliyik.

MRP 2022-08-06 23:54:21

Rusiyanın və onun rəhbərliyinin pislik etmək üçün həmişə pulu, vaxtı və istəyi olub.Sadəlövh olmayın Elxan müəllim.

Elxan kişiyə 2022-08-06 23:20:43

Elxan bəy, dediyiniz məlikməmməd nağılıdı

t.ədalət 2022-08-06 18:21:20

Vəhşi və işğalçı bir dövlətin heç vaxt etibarı olmur.Ona görə də Putin Rusiyasına güvənmək olmaz.Gəlin,özümüzü aldatmayaq!

Son yazılar