Cümə günü Çin ABŞ-la bir sıra məsələlər üzrə, o cümlədən hərbi komandirlər arasında hərbi teatrdakı fəaliyyəti və iqlimin dəyişməsi üzrə dialoqun dayandırılmasını elan edib. Belə qərar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən qəzəblənmə ilə əlaqədar qəbul olunub («Röyter»).
Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, o həm də transsərhəd cinayətkarlıqla mübarizə və narkotiklərin dövriyyəsi üzrə Vaşinqtonla fikir mübadiləsini dayandırır. Vaşinqton bunu məsuliyyətsizlik adlandırıb.
Səfər ərəfəsində Pekin bunun «haray çəkən siyasi nəticələri» barədə xəbərdarlıq edib. Həm də Çinin rəsmi şəxsləri bəyan ediblər ki, millət əllərini sallayıb oturmayacaq, əgər ÇXR hiss etsə ki, onun suverenliyi və ərazi bütövlüyü təhlükə altındadır. Amerika tərəf Pelosinin Tayvana səfərini rəsmi olaraq, təsdiqləməyib. Onun Asiya üzrə turne proqramında Yaponiyaya, Cənubi Koreyaya, Malayziyaya və Sinqapura səfəri artıq baş tutub. Pelosi Taybeyə yerə enib, onun səfəri son 25 ildə ilk yüksək məqamlı Amerika siyasətçisinin səfəri olub.
AzPolitika.info


Şərhlər