İsrail Qəzzada hərbi əməliyyatı dayandırmağa hazır olduğunu bəyan edir

Əgər “İslami Cihad” təşkilatı raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq.

Bu barədə İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız qruplaşmamnın raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq.

"Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik", - Liberman deyib.

"Əlbəttə, biz müharibə və ya qarşıdurma axtarmırıq, lakin kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi", - nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl bir gündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atıldığı bildirilib. Yaşayış məntəqələrini təhdid edən raketlərin əksəriyyəti vurulub.

635x100

Şərhlər

Mubariz 2022-08-07 10:36:22

Ay qesbkar qondarma isgalci rejim.Peledtinliler oz ata yurdunun siz qesbkarlardan azad edir sizler ise onlara terrorcu deyirsiz

dadaşyev 2022-08-07 01:46:51

Ay camaat,İsrailin Fələstini işğal etməsi təbii ki yolverilməzdir və İsrail Fələstin torpaqlarını tərk etməlidir.Bu birmənalıdır.Amma İraqda,Suriyada,Yəməndə-filanda olduğu kimi Fələstində də İranın terrorçu qruplaşmaları var,vaxtaşırı araları qarışdırıb aradan çıxırlar,bombalar isə dinc insanların başına yağır.İran gizli ismaili həşşaşi terror dövlətidir.Bunu qəti bilin.Bəşəriyyətin bəlası olacaq nüvə silahı əldə edərsə.Ona görə də bütün Yaxın Şərqdə terror əsdirir.Nə qədər gec deyil,İran molla rejimi yox edilməlidir.

Son yazılar