UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO

Rusiya tərəfindən Ukraynanın işğal edilmiş Xerson vilayətinə yerləşdirilən hərbi administrasiyanın rəhbəri Vladimir Saldo zəhərlənmə əlamətləri ilə Moskvaya aparılıb.

Rusiyanın "Baza" Teleqram kanalı Saldonun partizanlar tərəfindən zəhərlədiyini iddia edir.

Saldonun xəstəxananın reanimasiya şöbəsində süni koma vəziyyətində olduğu bildirilir.

"O, avqustun 4-də xüsusi təyyarə ilə süni koma vəziyyətində Krımdan Moskvaya aparılıb", - şənbə günü Rusiyanın "Baza" Teleqram kanalı yazıb.

Onun vəziyyəti kritik qiymətləndirilir, mümkün səbəb kimi zəhərlənmə göstərilir.

Qeyd edək ki, 66 yaşlı Saldo Ukraynada anadan olub və Rusiya işğalından əvvəl siyasi fəaliyyətlə məşğul olub. O, 2002-2012-ci illərdə Xerson şəhərinin meri olub, bundan sonra 2014-cü ilə qədər eks-prezident Viktor Yanukoviçin partiyasının üzvü kimi parlamentdə yer tutub. 2015-ci ildə Xerson meri seçkilərində uduzub. Ukraynanın cənubunun böyük hissələrinin işğalından qısa müddət sonra isə Saldo ruslar tərəfindən Xersonda hərbi idarənin başçısı təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar