“Biz, hamımız gələcəyik və sizi öldürəcəyik” - Rusiyalı deputat “ağ elədi”

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov təbliğat proqramının birbaşa efirində isterika yaradıb və hədələrlə alman jurnalistin üstünə soxulub. Rusiyalının emosional bəyanatları sosial şəbəkəyə düşüb.

Birbaşa efir vaxtı Juravlyov alman jurnalisti «natsik» adlandırıb və hədələyib ki, Rusiya «gələcək və orada hamını öldürəcək». Üstəlik də o, vəd edib ki, şəxsən ora gedib jurnalisti öldürəcək.

«Mən, bu natsikə, mən tüpürərəm, deyirəm ki, biz, hamımız gələcəyik və hamınızı öldürəcəyik» - Juravlyov bəyan edib.

Maraqlıdır ki, təbliğatçı Yevgeni Popov deputata irad tutub ki, düşmən olsa da bu, jurnalistdir. «Mən isə tüpürərəm. Mən ora gedəcəm və əgər onu orada görsəm…» - Juravlyov davam edib.

Popov qeyd edib ki, o, birbaşa efirdə insanları hədələyir. Juravlyov razılaşıb və qeyd edib ki, o, burada heç bir problem görmür. «Bəli, mən hədələyirəm və nə olsun?» - o, təəcüblə soruşub.

Bəli, əslində Juravlyovun «qızmağında» qeyri-adi heç nə yoxdur. Belə ki, 21-ci əsrdə dövlət başçısını «hökmdar» adlandırmaq istəyən millətin deputatı da «xam» olar. Başqa sözlə, başçısı «gülüm» olanın başına «külüm» olar!

AzPolitika.info

635x100

Şərhlər

Amil 2022-08-07 23:04:12

Bunların hamısı eyni gerizəkalıdır

dadaşyev 2022-08-07 19:14:02

İddiası imkanından üstün olan xalqlarda şizofreniya əlamətləri olanların mövcudluğu tamamilə normaldır.Olmamağı anormallıqdı.

Roma 2022-08-07 17:12:24

Rusiya dövləti, dövlətçiliyi rus millətini, xalqını zəhərləməkdə davam edir, buyurun bu da onların deputatı...bizlərdən hər hansı biri bir balaca sözün düzünü danışanda ruslar qarğa-quzğun kimi tökülürlər üstünə, özləri isə hamını qapırlar...quduzluğa qarşı vaksin vurdurmağı məsləhət görürəm, yoxsa bu ruslar hamımızı qapacaq...

Son yazılar