Menu

Ermənilərin törətdikləri soyqırımı arxiv sənədlərində

08.11.2014, 22:33
Ermənilərin törətdikləri soyqırımı arxiv sənədlərində

Macarıstanın paytaxtı Budapeştdə “Birinci Dünya savaşı” mövzusunda Beynəlxalq simpozium keçirilib.

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, ayrı-ayrı ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri Beynəlxalq tədbirdə A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli “Qafqaz İslam Ordusunun Bakını azad etmək uğrunda mübarizəsi alman arxiv sənədlərində” və İradə Məmmədova “Türkiyənin Birinci Dünya müharibəsinə girməsinin Rusiya imperiyasının türk-müsəlman əhalisinə təsiri” mövzularında məruzələr ediblər.

G.Nəcəfli məruzəsində 1918-ci ilin martında erməni-bolşevik dəstələri tərəfindən Bakıda 10 mindən çox dinc sakinin soyqırıma məruz qaldığını təsdiq edən Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxivindən əldə etdiyi materialları da diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol