Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər salıb

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 7-də Çernomorskdan hərəkət edən üçüncü gəmi İstanbul sahillərində lövbər salıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə bayrağı altında üzən 12 min ton qarğıdalı yüklü "Polarnet" adlı quru yük gəmisi İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Derincəyə doğru hərəkət edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar