Başıpozuq erməni ordusunda daha bir əsgər güllələndi

Ermənistan ordusunun əsgəri güllə yarası aldığı üçün hospitala yerləşdirilib.Musavat.com erməni mediasına istinadən bu haqda xəbər verir.

Məlumatda bildirilir ki, hadisə Ermənistan-Azərbaycan sərhədində baş verib. 20 yaşlı Nver Gevorkyanın həyatına təhlükə olmadığı bildirilir.

Erməni tərəf həyasızcasına iddia edir ki, hərbçi 6 avqust gecəsi sərhəddə baş vermiş insident zamanı yaralanıb.

Qeyd edək ki, başıpozuq Ermənistan ordusunda kriminal hadisələr, intiharlar və digər insidentlərdən ölümlər adi hal alıb. Şübhəsiz ki, bu dəfə də erməni ordusunun rəhbərliyi məsuliyyətdən qaçmaq üçün diqqəti yayındırır.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddiasını qəti şəkildə təkzib edib.

“Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”- MN bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar