Menu

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil” - Türkiyənin XİN başçısı

08.08.2022, 12:21
“Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil” - Türkiyənin XİN başçısı

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq niyyətimizdən müstəqil düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud sükunətin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək. Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”, - XİN başçısı vurğulayıb.

Şərhlər

Türk Turan 2022-08-08 13:34:55

Təşəkkürlər Türkiyə!

Müəllim 2022-08-08 12:30:24

Qardaşım əllərindən öpürəm Allah türkü qorusun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol