Menu

SÜKAN ARXASINDA “GENERAL-POLKOVNİK MEHDİYEV”DİR!... – “Ə sən nə həyasız adamsan əə” (VİDEO)

08.08.2022, 15:37
SÜKAN ARXASINDA “GENERAL-POLKOVNİK MEHDİYEV”DİR!... – “Ə sən nə həyasız adamsan əə” (VİDEO)

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin yol polisi ilə kobud davranıçının əks olunduğu video yayılıb. Videonu “unikal.org” saytı əldə edib.

Görüntülərdə Yol Patrul Xidmətinin (YPX) 90-AA-978 dövlət qeydiyyat nişanlı "Galanvagen" markalı avtomobili saxladığı görünür. Avtomobildən düşən sürücü YPX əməkdaşını təhqir edərək "sən nə həyasız adamsan, əə...” deyə, ədalı halda özünü təqdim edir: “General-polkovnik Mehdiyev!”

Polis əməkdaşı isə ona "cənab general, nömrədə yazılmır axı, kimdi sürən, bizə deyiblər siqnal olmaz" cavabını qaytarır. İdman geyimində olan həmin şəxs (üzü görünmür - red.) ondan YPX avtomobilinin nömrəsini soruşur və "993" cavabını alır.

Sosial şəbəklərdə yayılan informasiyalara görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Galanvagen" markalı avtomobil "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bu şəxsin Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumu olduğu bildirilir.

"AzPolitika.info"


Şərhlər

dadaşyev 2022-08-08 23:07:47

Müharibə başlasa dövlət malını çalıb-çapan bu əcaib kadrlardan batalyonlar düzəldib ön cəbhəyə göndərmək lazımdı.Qoy günahlarını ön cəbhədə yusunlar.Yoxsa sanki Vətəni yalnız ac-yalavaclar qoruyub qanlarını tökməlidi,zəfərdən sonra yenə bunlara bənzərlər isə qonmalıdırlar ana südü kimi halal edilmiş kreslolara,şappaşap doymaq bilmədən yanaqları qar üstünə qan dammış tək al olana qədər yeyib dağıtmalıdırlar xəzinəni.Olmaz ee belə a qardaşlar,belə kadrlara qarşı çox ciddi ölçü götürülməlidi nəhayət.Millət ona görə mövcud deyil ki,belələrinin xəzinəni dağıtmasını sakitcə seyr etsin.Millətin də ağzı,qarnı,mədəsi,cibi var.

RR 2022-08-08 20:01:35

Xirda xirda )

Aydın 2022-08-08 17:02:50

Necede iyrenc daniwir

Azer 2022-08-08 15:48:21

Bunun torbasi tikil ha tikildedir

Asif 2022-08-08 15:40:37

polise demirki qanuna deyir.onlar ucin qanun heyasizdir.gunah onda deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol