"Yunanlara deyirik ki, bizimlə müharibə etməyi düşünməyin" - Hulusi Akar

Yunanıstanın bizə masa arxasında deyəcək sözü yoxdur, biz haqlı və güclüyük.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə dialoq və diplomatiya ilə yolu ilə həll etmək istəsə də, Yunanıstan tərəfindən qarşılıq almır.

“Yunanıstan silahlanma oyununu başlayıb, lakin biz görürük ki, bu silahlar ikinci əl silahlardı. Onları populist yanaşmadan çəkinməyə çağırırıq... Biz yunanlara deyirik ki, bizimlə müharibə etməyi düşünməyin, müharibə riyaziyyatdır, müdafiə üçün gücünüz çatar, amma bizə qarşı hücuma yox”, - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar