Menu

KİV: Ərdoğan və Bəşər Əsəd arasında telefon danışığı ola bilər

09.08.2022, 13:24
KİV: Ərdoğan və Bəşər Əsəd arasında telefon danışığı ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında telefon danışığı ola bilər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, Soçidə Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı ilə danışıqları zamanı Ərdoğan-Əsəd görüşünə dair təkliflə çıxış edib.

Qəzet yazır ki, rəsmi Ankara bunun hələ “çox tez olduğunu” bildirib. Bununla belə, mümkün Ərdoğan-Əsəd dialqounun telefon danışığı səviyyəsində baş tuta biləcəyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol