Menu

“Twitter” Rusiya XİN-in səhifəsini bloklayıb

09.08.2022, 21:45
“Twitter” Rusiya XİN-in səhifəsini bloklayıb

"Twitter” sosial şəbəkəsi Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Avqustun 5-nə keçən gecə “Twitter” platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub”, - Zaxarova məlumat verib.

Onun fikrincə, sosil şəbəkə rəhbərliyinin bu addımı Rusiyanı susdurmaq cəhdidir. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol