"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam klubu bu uğura III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”a qalib gələrək əldə edib.
Azərbaycan çempionu Bakıda 1:1 hesablı bərabərliklə bitən oyunun revanşında səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib və Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib.
Bu mərhələdə “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya” (Plzen) komandası olacaq.
23:45
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq azalıb.
Qarşılaşmanın 86-cı dəqiqəsində Traore fərqi azaldan qola imza atıb.
23:38
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab arasındakı fərq artıb.
Qarşılaşmanın 78-ci dəqiqəsində İbrahima Vadci dublunu rəsmiləşdirib.
Hücumçu fərqi üç topa çatdırıb.
22:07
Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında hesab açılıb.
Qarşılaşmanın 7-ci dəqiqəsində Abdullah Zubir hesabı açıb.
“Qarabağ” səfərdə qalib gəlir.


Şərhlər